25 Yanvar 21:11
1 754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur aparıcı Zaur Baxşəliyevin aparıcısı olduğu "Bizimləsən" verilişinin yayımı yarımçıq dayandırılıb.

ATV-nin Media və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ozal İbrahimli Teleqraf.com-a açıqlamasında bunun səbəbini açıqlayıb: "Bu gün "Bizimləsən" proqramının son saatında aparıcı Zaur Baxşəliyev özünü pis hiss edib. Ona proqramın son bir saatlıq hissəsinə çıxmamağı və istirahət etməyi tövsiyə olunub. Yayımın dayandırılması ilə bağlı başqa heç bir səbəb yoxdur. Zaur Baxşəliyev sabahdan etibarən işinin başında olacaq".



Müəllif: Rəqsanə Həsənova