12 Fevral 17:41
1 722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış aktrisa Şəhla Əliqızı "Apatiya" filmindəki səs-küy yaradan səhnəsindən danışıb.

Aktrisa Teleqraf.com-a açıqlamasında bu sözləri deyib: "Filmə ümumi reaksiyalar yaxşıdır. Bir çoxları filmi bəyəndiyini vurğuladı və məni təbrik etdilər. Sosial şəbəkədəki tənqidi şərhlərə gəlincə, heç birinə baxmıram.

Filmdə bir aktrisa kimi, obrazımı filmin rejissoru Hikmət Rəhimovun tələbinə uyğun oynamışam. Aktyor hər səpkidə obraz oynaya bilər.

Əslində, bu səhnə haqqında danışmaq və çox müzakirə aparılmasını istəmirəm. Filmdə görülməsi, üzərində düşünülməsi lazım olan bir çox problemlərimiz var. Bu səhnənin kölgəsində o problemlərin gözardı edilməsini istəmirəm. Əsas üzərində düşünülməli olan o problemlərdir - cəhalət, erkən nikahlar, narkomaniya, ailədə kişi modelinin öz məsuliyyətini yerinə yetirməməsi, övladların yanında daim münaqişə etməsi, nalayiq sözlər işlətməsi, ailə daxilində naqis tərbiyə, kökündən pozulmuş bir insan yetişdirilməsi... Məncə, birinci növbədə bunlar vurğulanmalıdır.

Cəsarət deyirsiniz, indiki zamanda aktrisaların heç biri makiyajsız, eybəcər çəkilmək istəmirlər. Niyə bunu vurğulamırlar? Dövrümüzün cəsarət dediyi qavrayış elə budur. Səhnə tələb edirsə, oynamaq lazımdır. 22 ildir bu sənətdəyəm. Belə bir təcrübə dünya praktikasında da var".

Qeyd edək ki, Azərbaycan kinosunda ilk dəfə "Apatiya" filmində masturbasiya görüntüləri yer alıb. Bu səhnəni aktrisa Şəhla Əliqızı canlandırıb.



Müəllif: Teleqraf.com

Oxşar xəbərlər