Müğənni Əli Mirəliyev ev şəraitində müalicəsinə davam etdiyini deyib.
İfaçı Teleqraf.com-a səhhətinin yaxşı olduğunu bildirib: “Səhhətim yaxşıdır. Həyat yoldaşım həkimdir və ev şəraitində müalicəm davam edir. Millətimə yaxşılıq arzu edirəm”.
Qeyd edək ki, Əli Mirəliyev bir neçə gün öncə xəstəxanaya yerləşdirilmişdi.