1 Aprel 12:20
1 893
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Təranə Qumralın qızı Qumral MTV Azərbaycan kanalında yayımlanan "Balkanla gecə turu" verilişində ünvanına yazılan tənqidlərə cavab verib.

Teleqraf.com xəbər verir ki, Qumral bu sözləri deyib: "Ünvanımıza tənqidi şərhlər yazanlara aqressivliyim yoxdur. Mənə pis olana və pis şərh yazanlara sadəcə gülürəm. Amma bəzən elə olur ki, əxlaqdan-namusdan danışırlar. Gəlsinlər bizə baxsınlar, nümunəyik. Bu gün bizim kimi cütlüklər azdır. Məni bəyənən və bəyənməyənlərə demək istəyirəm ki, sizi sevirəm".

İfaçı onu da qeyd edib ki, şou-biznesə daxil olmur: "Mən şou-biznesdə yoxam. Öz həyatım, ailəm və işimlə məşğulam. Nə qədər şou-biznesə daxil oldunsa o qədər qalmaqal yaşayırsan. Küsülü olduğum məşhur da yoxdur. Çünki heç birini şəxsən tanımıram".

Qeyd edək ki, Qumral Natiq Abdul adlı şəxslə evlidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər