8 Aprel 11:37
2 428
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Aybəniz Haşımovanın qızı, bloger Aynişan Quliyeva şəxsi həyatı haqqında etirafı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Aynişan Quliyeva sosial şəbəkə izləyicisinin "Əcnəbi ilə evlənərsiniz?" sualına belə cavab verib: "Niyə də yox?! Əsas odur, hər ikisi bir-birini sevsin və hörmət etsin. Mənim üçün insanın necə olduğu önəmlidir, hansı millətə aid olduğu yox. Əsas odur ki, mənə özümü dəyərli hiss etdirsin".

Aynişan Quliyeva sevgidən də bəhs edib: "Zamanla anladım ki, sevgi bağışlaya bilməkdir. Daha sonra eyni həyəcanı itirmədən yola davam etməkdir. İlk baxışdan olan sevgiyə inanmıram. Sevgi zamanla yaranır. İnsan ilk baxışda enerji ala bilər, amma sevə bilməz. Tanımadığın insanı sevə bilməzsən".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər