Bir neçə gün öncə xəstəxanaya yerləşdirilən xalq artisti Naibə Allahverdiyeva səhhətindən danışıb.
Xalq artisti Teleqraf.com-a açıqlamasında xəstəxanadan çıxdığını vurğulayıb:
"Xəstəxanadan çıxmışam, ev şəraitində müalicə alıram. Əsas problem yüksək təzyiqlə bağlı idi. Eləcə də temperaturum 40 dərəcəyə yüksəlirdi və düşmürdü. Hazırda özümü bir az halsız hiss edirəm, amma temperaturum düşüb".
Qeyd edək ki, Naibə Allahverdiyeva bir neçə gün əvvəl Nizami Tibb Mərkəzinə yerləşdirilmişdi.