Xalq artisti Nazpəri Dostləliyeva "Günaydın, Azərbaycan" verilişində etirafı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Nazpəri Dostəliyeva aparıcı Xoşqədəm Hidayətqızının "Mərhum xalq artisti İlhamə Quliyevanı bağışlamısınızmı?" sualına belə cavab verib:
"Əlbəttə ki, İlhamə Quliyevanı bağışladım. O, haqq dünyasındadır. Bağışlamayıb, nə edəcəm?! Öncə o haqq dünyasındadır, haqqa girənin isə Allahın dərgahında sorğu-sualı və cavabı olur. Mən bacardığım qədər elə yaşamağa çalışıram ki Allahın imtahanından gözəl çıxım. Sabah hər birimiz dünyamızı dəyişəcəyik və haqq dünyasına qovuşacağıq. Onda mənim alnım açıq, üzüm ağ olsun! İnsan özü üçün onu çalışmalıdır".
Qeyd edək ki, mərhum İlhamə Quliyeva həmkarı Nazpəri Dostəliyevanın onu efirdə parodiya etməsinə qəzəblənərək məhkəməyə vermişdi. O, iddia ərizəsində şərəf və ləyaqətinin alçaldıldığını, işgüzar nüfuzuna xələl gətirildiyini bildirmişdi