Hollivudun tanınmış ulduzları Bred Pitt Ancelina Colinin rejissorluq edəcəyi “Afrika” adlı yeni filmində çəkiləcək.
Teleqraf.com xəbər verir ki, filmin ssenarisini “Oskar” mükafatı laureatı Erik Rotomundur. Ekraan işində Keniya fillərini 80-ci illərdə qanunsuz ovçulardan qoruyan Riçard Liki adlı arxeoloq barədə danışılır. Liki Keniyada Britaniyalı arxeoloqlar və paleontoloqlar ailəsində anadan olub. Ətraf mühitin qorunması üçün çalışan alim Keniya vəhşi təbiətin qorunması xidmətini yaradıb və onun mühafizəçilərinin silahlı dəstələrini təşkil edib. Bununla belə, Riçard elmi fəaliyyətlə məşğul olub. O, paleoantropologiya sahəsində bir sıra vacib layihələrin müəllifidir. Filmin operatoru Rocer Dikins olacaq.
Xatırladaq ki, Coli rejissoru olduğu və hazırda çəkilişləri davam edən “Dənizin sahilində” filmində də baş rol Bred Pittə həvalə edib.
Rüstəm