"Ələkbər əmi" kimi tanınan mərhum əməkdar artist Ələkbər Hüseynovun qızı, skripka ifaçısı Nərgiz Hüseynova nişanlanıb.
Teleqraf.com xəbər verir ki, Ələkbər Hüseynovun qızı bu haqda İnstaqram hesabında məlumat verib.
O, saksofon ifaçısı Camal Bayramlı ilə nişanlanıb.
Qeyd edək ki, əməkdar artist Ələkbər Hüseynov 2007-ci il avqustun 2-də uzunsürən xəstəlikdən vəfat edib.