17 İyun 10:05
598
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollivud aktyoru Jan Klod Van Dammın gəlini, pianoçu Suada Hacızadə sosial şəbəkədə atası Elxan Hacızadə ilə fotosunu paylaşıb.

Teleqraf.com xəbər verir ki, Suada Hacızadə atası Elxan Hacızadəni "Atalar günü" ilə bağlı təbrik edib:

“Atalar gününüz mübarək, mənim sevimli, atam. Mən sizi çox sevirəm. Həmişə gülümsəməyə davam et və həmişə olduğun kimi pozitiv qal. Sən çox gözəl atasan”, - deyə vurğulayıb.

Qeyd edək ki, Suada Hacızadənin atası Elxan Hacızadə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq əməkdaşı, polkovnikidir.


Müəllif: Rəqsanə Həsənova