23 İyul 18:17
1 371
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İnanılmaz hadisədir. Dəyərli ağsaqqal və xalq artistinə qarşı vətəndaşın belə bir şiddət göstərməsi, özü də küçədə, insanların gözü qarşında - dəhşətlidir. Hadisə necə baş verib, günah kimdədir, bütün bunlar araşdırılacaq. İstənilən halda bu, analoqu olmayan vəhşilikdir".

Teleqraf.com xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər xalq artisti Ağadadaş Ağayevin dava edərkən yayılan videosuna münasibət bildirərkən deyib:

"Onun xalq artisti olduğunu, mədəniyyətimizə xidmətlərini kənara qoyuruq. Yaşlı bir insana, ağsaqqala qarşı belə bir hərəkətnə deməkdir?! Nəzarətçilər, mühafizəçilər xüsusi missiya daşıyırlar. Onların əsəbləri yerində olmalıdır.

Görüntüləri gördüm, dəhşətə gəldim. Bu dünyada səhvsiz insan yoxdur. Hüquq-mühafizə orqanları məsələni araşdıracaqlar. İnanmıram ki, Ağadadaş müəllim bu səhvi etsin. Biz bir müddət əvvəl Ağadadaş müəllimin səhhəti ilə bağlı nə qədər dua etdik. Onu bu şəkildə cəzalandırmaq, xəsarət yetirmək ürəkağrıdıcı bir haldır".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər