10 Oktyabr 18:23
1 633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Elza Seyidcahan müğənni Roza Zərgərlini məhkəməyə verib.

Bu haqda Teleqraf.com-a Elza Seyidcahanın özü məlumat verib.

O, məhkəmənin oktyabrın 16-da keçiriləcəyini vurğulayıb.

Roza Zərgərli haqqında iddia Cinayət Məcəlləsinin 147-ci (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma) maddəsi üzrə icraata götürülüb.

Qeyd edək ki, müğənni Roza Zərgərli "Sözün düzü" verilişində əməkdar artist Elza Seyidcahanla kadr arxasında yaşanan davası haqqında bu sözləri deyib: "Dedim ki, bayramdır, etibarsız dünyadır, pandemiya da hamımıza dərs oldu. Yanımda da şahidlər var, həmin müğənnilərdən soruşa bilərsiniz. Dedim ki, Elza xanım, sizi də, bacınızı da, nəvənizi də təbrik edirəm. Çılpaqlığı ilə desəm, biabırçılıq olacaq. Qayıtdı ki, mənimlə barışmaq istəyirsən? Dedi ki, öp əlimdən, barışaq. Oradakı çaydanı necə götürüb atdımsa, Allah üzümə baxdı ki, ona dəymədi. Çaydanı qaldırdım, Namiq əlimdən tutdu. Onda gözümü qan örtmüşdü. Şoka düşdüm. Bu adam nəvəsini yuxarı qaldırdı ki, çaydan uşağa dəysin. Oradakı sənət adamlarından soruşa bilərsiniz. Nə yalan deyim, söyüşlə danışdım. Qadın kimi, öz bayramımda səni qadın bilib xüsusi təbrik edirəm. Fikirləşirəm ki, bu soyuqluq burda bitsin. Deputat olurdun, nə oldu? İlhamə Quliyeva necə qarğış edibsə, tərpənə bilmirsən. O dünyada səni gözləyir".






Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər