19 Mart 2015 17:30
5 783
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Aytac Vidadiqızı Gürcüstanda işgüzar səfərdədir.

Publika.az xəbər verir ki, qonşu ölkədə müğənni “Bezdim, gəlmə” mahnısına klip çəkdirir. Klipin rejissoru Elnur Əliyevdir. Mahnının sözləri Nigar Tağıya, musiqisi isə müğənninin özünə məxsusdur.

Çəkilişləri davam edən klipdə Aytacın tərəf müqabili Gürcüstanda keçirilən gözəllik yarışmasının qaliblərindən biri, “Mister Sharm 2013” adını qazanan model Umançodur. Bu haqda Aytac özü sosial şəbəkədə maraqlı bir şəhr yazıb.

“Nəhayət axtardığımı tapdım...”.

Publika.az-a açıqlama verən müğənninin prodüseri Aynur Əliyeva bildirib ki, Aytacın makiyajının üzərində peşəkar stilist və vizajistlər çalışıb.

A.Əliyeva Publika.az-a açıqlamasında onu da qeyd edib ki, müğənninin Gürcüstanda olduğundan xəbər tutan Tiflis şəhərinin qubernatoru onu Gürcüstanda azərbaycanlılar üçün təşkil olunan Novruz bayramı şənliklərinə də dəvət edib.


Müəllif:

Oxşar xəbərlər