31 Mart 2015 11:57
1 079
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollivudun məşhur aktrisalarından olan Meqan Foks “Harper`s Bazaar” dərgisinin Ərəb versiyası üçün fotosessiya etdirib.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, aktrisa jurnala müsahibəsində yaradıcılığı ilə bağlı maraqlı məqamlara da toxunub.

Aktrisa “Transformer” filminə çəkilən zaman uşaq olduğunu deyib:

“Transformer” filminə çəkilən zaman uşaq idim. Nə etdiyimi anlamırdım. Əslində mənim xüsusi bir şey etməyimə ehtiyac yoxuydu. Bu isə mənə pis təsir edirdi.”

M.Foks auditoriyanın ona münasibətindən də danışıb:

“Əksər insanlar düşünür ki, mən çox ağıllı, təhsilli və ciddi biri deyiləm. Mən isə buna sadəcə gülürəm. Çünki siz mənim müsahibəmi sona qədər oxusanız görərsiniz ki, mən hər hansı klipə çəkilən model deyiləm”.

Qeyd edək ki, Brayn Ostinlə evli olan Meqan Foksun Noa və Bodi adlı iki oğlu var.

Rüstəm


Müəllif: