4 Aprel 2015 16:48
950
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollivudun komediya ulduzlarının iştirakı ilə çəkilən "Masterminds” filminin treyleri təqdim edilib.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, filmdə baş rollarda Zak Qalifinakis, Kristin Uiq, Ouen Uilson və Ceyson Sudeikisin çəkilib.

Ekran işi 1997-ci ildə Şimali Karolina ştatı, Şarlotta şəhərində baş vermiş həqiqi hekayəyə əsaslanır. Komediya bank qarət etmək niyyətində olan şən cənublular barədədir.

Filmin avqustun 7-də böyük ekranlara çıxacağı gözlənilir.

Teleqraf.com filmin treylerini təqdim edir:

Rüstəm


Müəllif: