9 Aprel 2015 22:22
3 724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Boks həvəskarları mayın 2-ni səbrsizliklə gözləyir. Həmin gün amerikalı Floyd Meyvezer və filippinli Manni Pakyao rinqə çıxacaq. Las-Veqasda baş tutacaq bu möhtəşəm döyüşə “Əsrin döyüşü” adı verilib.


Publika.az xəbər verir ki, döyüşün intriqasını artırmaq üçün bir təklif də sabiq boksçu Regina Halmixdən gəlib. Bütünü dövrlərin ən yaxşı qadın boksçuları arasında yer alan sabiq dünya çempionu, 38 yaşlı Halmix qalibə çılğın gecə vədi verib.

Alman rinqdən qalib ayrılan idmançıya unudulmaz gecə yaşadacağına söz verib. Qarşılaşmanı Las-Veqasda canlı izləyəcək Regina güclü olanın qalib gəlməsini arzulayır.

Karyerası ərzində 56 döyüşə çıxan və bunun 54-də qələbə qazanan Halmix 2007-ci ildə rinqdən uzaqlaşmışdı. Alman xanım 2003 və 2007-ci illərdə “Pleyboy” jurnalına soyunub. Onun cazibədarlığının boksçuların məsuliyyətinin artmasına təsir edəcəyi şübhəsizdir.


Müəllif: