13 Aprel 2015 15:46
1 351
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gözəl aktrisa Serenay Sarıkaya bu yaxınlarda həmkarı Kərəm Bürsinlə məşhur markalardan birinin siması kimi jurnalistlərin qarşısına çıxıb.

Publika.az xəbər verir ki, mətbuat konfransında Serenayla Türkiyənin ən yaraşıqlı kişilərindən biri hesab edilən Kərəmin bir-birlərinə xoş sözlər demələri Çağatay Ulusoyun qısqanclığına səbəb olub.

Sevgilisi Serenay Sarıkayanı dəli kimi qısqandığı deyilən Çağatay Ulusoy onu mətbuat konfransına özü gətirib və tədbirin sonuna kimi gözləyib. Deyilənlərə görə, hətta Kərəmlə Serenayın birlikdə şəkil çəkdirmək istəməmələrinin və yan-yana otumamalarının səbəbi də Çağatay olub.

Mətbuat konfransı bitdikdən sonra Çağatayla dava edən Serenay onun qısqanclığından bezdiyini dilə gətirib.


Bir neçə ay öncə barışan cütlüyün yenidən münasibətlərinə son qoyacaqları iddia edilir.


Müəllif: