Meyxanaçı Samirə Yusifqızı özü ilə bağlı maraqlı etiraf edib.
Axşam.az-ın məlumatına görə, sənətçi “Məchulu tapın” verilişində iki il əvvəl plastik əməliyyat etdirdiyini bildirib:
“İki il əvvəl əməliyyatla süd vəzilərimi kiçiltdirmişəm. İkinciyə hazırlaşırdım. Amma artıq qorxuram, etdirməyəcəm".
S.Yusifqızı lənətlənmiş sevgi yaşamasından da danışıb:
“Həyat yoldaşımla boşanmamışam, o, dünyasını dəyişib. Amma lənətlənmiş sevgi yaşamışam. Bu, mənim övladıma da keçib. Hazırda o da sevgi tərəfdən əziyyət çəkir”.