22 İyun 2015 12:41
2 955
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Özümlə və həyatla zarafatlaşmasam, infarktdan ölərəm"

Türk seriallarından yaxşı tanıdığımız və əslən azərbaycanlı olan Nəsrin Cavadzadə Türkiyə mətbuatına maraqlı açıqlamalar verib. Teleqraf.com həmin müsahibəni təqdim edir:

- Bu dəfə qarşımda daha seksual və cəsur Nəsrin var. Bu dəyişikliyin səbəbi nədir?
- Əslində özümü o qədər də cəsarətli hiss etmirəm. Sadəcə, artıq özümlə barışmışam və özümü tapmış haldayam. Keçmişə nəzərən özümdən elə də qorxmuram və özümü gözəl hesab edirəm.

- Özünü kəşf etməyin necə başladı?
- Əvvəllər diqqətim qüsurlarıma yönəlirdi. İndi isə gözəl tərəflərimi daha çox görürəm. Hər halda gözəlliyimi təqdir etməyi öyrəndim.

- Onu da deyim ki, artıq insanlar seksual görünməkdən qorxurlar...
- Getdikcə muhafizəkarlaşırıq. Bu cür ab-havada qorxmaq, irkilmək, "hansı gözlə baxaralar" düşünmək, tənqid edilmək qorxusu mənliyimizin normal və ayrılmaz bir parçası olub. Qadının varlıq sahəsə daralıb. Özünü ifadə etmə vasitələri əlindən alınıb.

- Seksual olmağın sizin üçün mənası nədir?
- Penelope Cruz ve Eva Mendes...

- Özünüzü seksual hiss edirsiniz?
- Bəli, özümü seksual hiss edirəm. Ancaq varlığım bundan ibarət deyil. Aktrisa kimi öhdəliklərimdən biri hər şey olmaqdır. Məsələn, "Quzu" filmində canladırdığım Mədinə iki uşaq anasıdır. Filmdə o, başdan sonadək toplumdakı ikiüzlülüklə mübarizə aparır. Orada seksuallıqdan heç "S" də yoxdur.

- Seks sizin üçün tabudur? Bu haqda danışanda üzü qızaranlardansımız?
- Kiminlə danışmaqdan asılıdır.

- Məslən, bu müsahibədə...
- Səninlə seks haqqında danışanda çox deyil, bir az üzüm qızara bilər.

- Sizin də Türkan Şoray kimi əsla öpüşmərəm, sevişmərəm kimi qanunlarınız var?
- Mən Şorayın xəstəsiyəm, amma məsələ soyunmaqdadısa, məkan yaxşı qızdırılsa, cavabım "Xeyr".

- Sanki Nəsrinin həm də zarafatçıl tərəfi var?
- Mən həddindən artıq həssas insanam. Əgər özümlə və həyatla zarafatlaşmasam, infarktdan ölərəm. Bu bir müdafiə mexanizmidir, həyatda qalmağıma səbəb olur.

- 10 mükafat qalibi, festival filmlərinin ulduzu Nəsrini kənara qoyaraq belə bir sual vermək istəyirəb:Heş kəmərlərinizi qoparmaq istədiniz?
- Əsas "Kəmərləri heç bağladınmı?" deyə sual verməlisən. Özümü heç vaxt aglı başında biri kimi hiss etməmişəm. Ağlımı lazım olmadıqca istifadə etməməyə çalışıram. Hisslər kifayət qədər sözünü deyir.

- Madam ki, bu qədər rahatsınız onda şəxsi həyatınızdan danışaq... Rejissor Cemal Şanla 8 il münasibətiniz oldu. Ayrıldınız. Sonra nələr oldu?
- Həyatımda Cemaldan sonra heç bir münasibət olmadı.

- Çox aşıq olmusunuz?
- Xeyr, sadəcə bir dəfə və Cemala aşiq oldum.

- Bəs bu sektorda eşqdən deyil, amma dostluqdan yana üzünüz heç güldü?
- Çox az dostum var, amma heç biri bu sahədən deyil. Son bir ildir ki, özümü çox tənha hiss etdiyim anlar oldu. Bu boşluqda özünü qəhrəman hiss edən bəzi axmaqlarla dostluq etdim.

- Bəs axmaqlara nə oldu?
- Nə olacaq?! Onlar batdı, mən çıxdım! (Gülür)

Günel Ağayeva


Müəllif:

Oxşar xəbərlər