7 İyul 2015 21:53
1 190
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əlaqəyə girmək istədiyim qadınlara narkotik dərmanlar verirdim”.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Qızıl Qlobus və Emmi mükafatlarının laureatı, 77 yaşlı amerikalı aktyor və komediya ustası Bill Kosbi etiraf edib.

Yayılan xəbərlərə görə, Kobsi 2005-ci ildə verdiyi yazılı ifadəsində əlaqəyə girəcəyi qadınlara sakitləşdirici kimi “Quaaludes” adlı dərmanı verdiyini bildirib.

İddialara görə, Bill pul cəzasını ödədikdən sonra məhkəmə şikayəti ləğv edib. Bəzi məlumatlarda isə aktyorun bu həblərdən özün də istifadə etdiyi deyilib.

Qeyd edək ki, Kobsi ondan artıq qadını təcavüz etməkdə ittiham edilir. Onun hətta ötən il 15 yaşlı qızı zorladığı bildirilib.

Samir


Müəllif:

Oxşar xəbərlər