Uzun zamandır birlikdə yaşayan Burak Özçivit və akstrisa Fəxriyyə Evcən "Fənərbaxça" - "Şaxtyor" oyununu izləmək üçün stadiona gediblər.
Teleqraf.com “Hürriyət”ə istinadən xəbər verir ki, “Qalatasaray”ın tərəfdarı olan Fəxriyyə “Fənərbaxça”nın formasını geyinib. Əl-ələ tutaraq matçı izləməyə gedən sevgililərin formasının arxasına adlarının yazılması diqqətdən qaçmayıb.
F.Evcənin “Fənərbaxça”nın formasını geyinməsi sosial şəbəkə istifadəçilərinin “Sevgilisi üçün komandasını dəyişdi” şərhinə səbəb olub.
Teleqraf.com fotoları təqdim edir:
Rüstəm