Məşhur rejissor infarkt keçirib.
Tanınmış kinorejissor Eldar Ryazanov xəstəxanaya yerləşdirilib.
Teleqraf.com-uın ANS-ə istinadən məlumatına görə, Eldar Ryazanov dünən səhər saatlarında evində olarkən özünü pis hiss edib. Saat 5-də onun yaxınları həkim çağırıblar və o, xəstəxanaya aparılıb. Həkimlər onun vəziyyəytinin ağır olduğunu bildirirlər. Məlum olub ki, Eldar Ryazanov infarkt keçirib. Bundan başqa müayinə zamanı onun ciyərlərində şiş də aşkarlanıb.
Xatırladaq ki, kinorejissor Eldar Ryazanov keçən ilin noyabr ayında da xəstəxanaya yerləşdirilmişdi. Onun ətrafındakılar Ryazanovun Burdenko adına neyrocərrahiyyə institutunda müayinə keçdiyini deyirdilər. Amma bir çox mənbələr Ryazanovun insult keçirdiyini və bədəninin bir hissəsinin qismən iflic olduğunu bildirirdi.
Qeyd edək ki, 87 yaşlı Eldar Ryazanov 20-yə yaxın filmin müəllifidir. Onlardan ən məşhurları "Karnaval gecəsi", "Qusar balladası", "Avtomobildən qorun", "İşdə məhəbbət macərası", "Qaraj", "Qəribə təsadüf və ya həmişə təmizlikdə", "İki nəfərlik vağzal" filmləridir. Noyabrın 18-də kinorejissorun 88 yaşı tamam olacaq.