Millət vəkilliyinə namizədliyini verməyə hazırlaşan əməkdar artist Elza Seyidcahan Xızı sakinlərini parlamentdətəmsiletmək niyyətindədir.
Əməkdar artistin Teleqraf.com- a açıqlamasına görə, namizədliyini Xızıdan irəli sürəcək: "Amma daha dəqiq məlumatı təsdiq olunduqdan sonra bildirəcəm. Xızı çox gözəl, səfalı yerdir. Oraya su kəmərinin çəkilməsi məni çox sevindirdi. Bu vaxta qədər bir çox layihələr etmişəm və bundan sonra da xalqımızın yolunda böyük addımlar atmaöa hazıram. "Yaşat ki, yaşayasan" rəmzi altında hər zaman dövlətimizin adına layiq millət vəkili olmağa çalışacam. Əgər seçilsəm".
Əməkdar artist qızı Gülşənin toyuna gəlməyən müğənnilər haqqında da danışdı: "Böyük sənətkarımız Flora Kərimovanı qızımın toyunda çox gözlədik. Çünki qızım Flora xanımı çox sevir və gəlməsini çox istəyirdi. Toydan iki-üç ay əvvəl dəvət etmişdim və toydan əvvəl də xatırlatmışdım. Problemi olduğuna görə gələ bilməmişdi. Qızım inşallah , bal ayından gəlsin və sənətkarımızı evimizdə qonaq görmək istərdik. Nisə Qasımova da toya gələ bilməmişdi və üzrxahlıq etdi, gözəl bir hədiyyə bağışladı. Zöhrə Abdullayevanın da həmin gün toyu çox olduğuna görə gələ bilməmişdi. Sonra mənə dedi ki, qızımın ayağı ruzilidir, toyları yığışdıra bilmir. Müğənnilərin çoxlarının toyu olduğuna görə, toyda iştirak edə bilmədilər və sevindim ki, qızımın ayağı çox ruzilidir".
E.Seyidcahan qızının Dubayda bal ayında olduğunu da vurğuladı: "Allah hər kəsin balasını xoşbəxt etsin. Qızım mənə çox bağlıdır, hətta Türkiyədə universitetə daxil olmuşdu. Məndən ayrı qala bilmədiyinə görə, orada təhsil almağa razı olmadı. Artıq yeni ailəsi var və Allah xoşbəxt etsin. Həyat yoldaşı Elxan bacarıqlı olduğuna görə mənim köməkçim və fotoqrafımdır. Çox ağıllı və məsuliyyətli oğlandır".
Əməkdar artist seçkiqabağı ona qarşı təxribatlar edilidyini də dilə gətirdi: "Mənim adıma şeirlər yazıb xalqın nəzərindən salmağa çalışırlar. Utanmırlar. Ayıb olsun ki, dəlilsiz, sübutsuz mənim adımdan şeirlər yazırlar. Onlar buna görə məhkəmədə cavab verəcəklər. Sadəcə, hazırda onlarla məşğul olmağa vaxtım yoxdur. Amma şikayətlər "papka"ya daxil edilir. Dünən mətbuatda yazıblar ki, Aygün ilə Elza saç yolduya çıxdılar. Elza Seyidcahan elə hərəkətlərə yol verməyib və verməz də. Məni gözə götürməyən insanlar bu cür təxribatlar aparırlar. Belə bir məsəl var: "Mərdi qova-qova namərd edirlər". Amma məndə isə əksinə olur, daha da mərd oluram və böyük layihələr edirəm".
Rəqsanə Həsənova