ATV kanalında yayımlanan “Mənim Mətbəxim” verilişinin aparıcısı Mətanət Əliverdiyeva proqramdan uzaqlaşıb.
Aparıcı Teleqraf.com-a verilişdən uzaqlaşmasını səbəbini açıqladı. Bildirdi ki, yeni layihələr başlayacaq: “ATV kanalında yeni layihələrə başlayacam və başqa işlərim də çoxdur. Seriala çəkilirəm. Radioda da işləyirəm. Düşünürəm ki, mətbəx verilişlərini peşəkarlar aparsa, daha yaxşı olar. Çünki mətbəx aşbazlar üçün yaranıb və Niyam Salaminin də maşallah, əli qızıldır. Mən bu qədər işi bir arada çatdıra bilmirəm”.
Rəqsanə