Milli Televiziya və Radio Şurası ANS TV-nin efirində yayımlanan verilişlər haqqında faktlar əsasında məlumat verib.
Teleqraf.com-un xəbərinə görə, bu verilişlər sırasında Rövşanə Bektaşinin aparıcıılıq etdiyi “Bazar səhəri”nin də adı var. MTRŞ bildirir ki, müğənnilər Vasif Məhərrəmli, Nadir Qafarzadə və Manaf Ağyevin iştirak etdiyi verilişdə qeyri-etik sətiraltı dialoqlar olub.
Bu barədə Teleqraf.com-a danışan müğəni Vasif Məhərrəmli qeyd etdi ki, Milli Televiziya və Radio Şurasının bu qərarı haqqında indi eşidir. Onun sözlərinə görə, aparıcı sual verib və o da cavablandırıb: “Aparıcının o sualı verməsi düzgün idi, yaxuda da əskinə onu deyə bilmərəm. Hər kəs öz intellekti ilə danışır. Ümumiyyətlə, bu məsələlərə qarışmıram. Bu dövlətin işidir və dövlətin işinə qarışmaq axmaqlıqdır. MTRŞ-da dövlətin bir qoludur. Və onların verdiyi qərarlar hər bir halda müsbət qarşılanmlıdır”.
Teleqraf.com sonda MTRŞ tərəfindən qeyri-etik sayılan həmin diqlaoqu da təqdim edir:
Aparıcı: Yol kənarında açıq-saçıq, qısa ətəkli geyinən xanımı görəndə avtomobilinizi heç saxlamısınız?
Müğənni Nadir Qafarzadə: Çılpaq niyə gəzir? Şubasını geyinsin də.
Aparıcı: Şubası yoxdur da.
Müğənni Nadir Qafarzadə: Şubası yoxdur.... Onda ucuzdur ki, (yəni ucuz fahişə) şuba almayıblar ona.
Verilişin başqa bir buraxılışında yenə bu səpkili söhbətlər olub.
Aparıcı: Məclisdə yanınızda oriyental rəqqasə oynayarkən onun sinəsinə pul qoymusunuz, yoxsa?
Müğənni Nadir Qafarzadə: Yox, heç yerinə.
Müğənni Manaf Ağayev: Qoymuşam.
Müğənni Nadir Qafarzadə: (Müğənni Manaf Ağayevə) Necə yəni qoymuşam? Hara, nə qoymusan? (ironiya ilə)
Müğənni Vasif Məhərrəmli: Qoymuşam.
Müğənni Nadir Qafarzadə: (Müğənni Vasif Məhərrəmliyə) O da qoyub...
Müğənni Vasif Məhərrəmli qəhqəhə çəkib gülür.
Rəqsanə