Natavan Həbibi ölkəni tərk edib. Teleqraf.com xəbər verir ki, Qafqaza üz tutan müğənninin məqsədi istirahət etməkdir. Müğənni qayıtdıqdan sonra yeni mahnılarını təqdim edəcəyini də qeyd edib.
Aldığımız məlumata görə, Aygün Kazımovanın da bu gün Azərbaycandan çıxması gözlənilir. Məhkəmə prosesi ilə bağlı məlumat almaq üçün Natavan Həbibinin vəkili Fərid Həsənovla əlaqə saxladıq. Vəkil qeyd etdi ki, A. Kazımova məhkəmə qətnaməsinin icrasını yubatmaq üçün ölkədən çıxmasına qoyulmuş qadağaya görə dünən səhər apellyasiya şikayəti verib: “Lakin bu şikayət qətnamənin icrasının məcburiliyinə təsir etmir, hətta apellyasiya şikayətinin verilməsi xalq artistinin məhkəmə qətnaməsini icra etməkdən yayınmasını sübut edir. Aygün Kazımova məhkəmə qərarının10 gün müddətində qüvvəyə minməməsindən istifadə edib apellyasiya şikayəti verib. Həm də o qədər tələsib ki, huquqi proseduru pozub birbaşa apellyasiya instansiyasına müraciət edib. Görünür, ölkədən getməyə tələsirmiş! Amma belə hərəkətlər məhkəmə qərarınının icrasına mane ola bilməz”.
Rəqsanə