Çində məşhur aktrisanın üzü səs-küylü məhkəmə prosesinin tərkibində tədqiq olunub, Çin mediası yazır. Angelababy kimi tanınan aktrisa, onun üzündə plastik əməliyyat apardığını iddia edən klinikanı məhkəməyə verib.
Lakin aktrisanın üzünü tədqiq edən həkimlər onun orijinal olduğunu deyib. Hadisə, Angelababy-nin aktyor Huang Xiaominglə səs-küylü toyundan sonra baş verir. Həyat yoldaşı aktrisanı müdafiə edərək bildirib ki, o "bəzən çox çirkin olur".
Məhkəmə hakimi təklif edib ki, aktrisanın üzünün orijinallığı tibb professionalları tərəfindən yoxlanılsın. Əsl adı Yeung Wing olan 26 yaşlı aktrisa cümə axşamı çoxsaylı rentgen və testlərdən keçib. Prosesi notarius müfəttişləri və bir neçə jurnalist izləyib.
Klinikanın rəhbəri Qi Zuoliang qeyd edib ki, onun üzü orijinaldır. "Baby-nin bütün başı və üz sümüklərində hansısa çərtik nişanələrinə rastlanmayıb", o bildirib.
Hong Kongda model və aktrisa kimi məşhur olan aktrisa hər zaman üzünə görə müzakirə edilib.
Klinikadan təxminən 82.000 manat kompensasiya istəyən aktrisa deyir ki, unikal siması onun böyük babasının alman köklərindən gəlir.