Müğənni Ebru Gündeşin həyat yoldaşı, cənubi azərbaycanlı iş adamı Rza Zərrabdan boşanacağı ilə bağlı xəbərlər yenidən gündəmə gəlib.
-ın məlumatına görə, ötən gün paparassilər tərəfindən görüntülənən sənətçinin barmağında nişan üzüyünün olmaması şayiələri daha da alovlandırıb. Ebru yazılanlarla bağlı sosial şəbəkədə açıqlama verib.
O, dedi-qoduların əsassız olduğunu bildirib:
“Son vaxtlar şəxsi həyatımla bağlı yazılan xəbərlərin heç biri doğru deyil. Belə informasiyalara, xahiş edirəm, etibar göstərməyin”./axşam.az/