10 Noyabr 2015 15:17
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Nəzakət Teymurova sənəti ilə bağlı yaşadığı həyəcandan danışıb.

Xalq artisti Teleqraf.com-a açıqlamasında məsuliyyətli insan olduğu üçün hər zaman həyəcan keçirdiyini deyib: “Hazırda məsuliyyətlə “Leyli və Məcnun” operasına hazırlaşırıq. Peşəkar və sənətini nümayiş etdirmək üçün məsuliyyətli olmaq lazımdır. Ümumiyyətlə, mənim hər bir işimdə məsuliyyət və həyəcan olur. Bu sənətdə 20 il fəaliyyət göstərməyimə baxmayaraq bu hiss mənim üçün qaçılmazdır. Onu da bildirim ki, həyəcan ifaya başlayana kimi olur. Əsas başlamaqdır”.
Rəqsanə


Müəllif: