4 İyun 2014 16:54
1 641
12 Punto 14 Punto 16 Punto 18 Punto

Brilliant Dadaşovanın aldığı “Big Apple Worlds Awards” mükafatı ətrafında qalmaqal yaranıb.

Teleqraf.com xəbər verir ki, yerli mətbuatda Xalq artistinin aldığı mükafatın ona ermənilər tərəfindən verildiyi iddia olunub.

Mükafatlandırılma mərasimində sənətçiyə 30 min dollar pul və “Mercedes” markalı avtomobil hədiyyə edilib.

Xəbərdə göstərilir ki, “Big Apple Worlds Awards” mükafatının təsisçiləri ermənilərdir. Bu fondun Direktorlar Şurasında da hazırda erməni millətindən olan şəxslər təmsil olunur. Nümayəndələr arasında Hagop Boyadjian, Edouard Nazarian, Sergey Hagopyan adlı ermənilər var.

B.Dadaşovanın prodüseri Hüseyn Cavadzadə məsələyə aydınlıq gətirib:

“Bu yarışmada olan nümayəndə heyətinin 22 üzvü Asiya və Orta Asiya ölkələrindəndir. Orada Türkiyə, İran və digər ölkələrin təmsilçiləri var. Düşünürəm ki, bu cür yanaşma doğru deyil. 22 nəfərlik heyətin 2-3 nəfəri ermənidirsə, bu o demək deyil ki, B.Dadaşovaya mükafatı ermənilər verib.

Digər tərəfdən, əgər belə olsaydı, buna yalnız sevinmək lazım idi. O mənada ki, nəhayət ermənilərdən nəsə aldıq. Brilliant xanım orada “Vokaliz”i oxuyub, Azərbaycanın bayrağını qaldırıb. “Vokaliz”i Brilliant xanımından sonra ermənilər də oxuyub. Əgər belədirsə, mükafatı öz ermənilərinə verərdilər. Sənətçimizin yaradıcılığına sevgi, istək olmasaydı, ona avtomobil verməzdilər, səfərin bütün xərclərini üzərlərinə götürməzdilər”.

Hüseyn Cavadzadə deyib ki, bu şayiələrin kimlər tərəfindən yayıldığı onlara bəllidir:

“Bu, 150 manata şou-proqramlara gedən Xalq artistlərinin qurduqları piardır. Və Brilliant Dadaşovanın karyerasına təsir edə bilməz”.

Aytən Həsənova


Müəllif: