Tanınmış aktyor, əməkdar artist Tahir İmanov toy xəbərini təsdiqləyib.
Publika.az-a açıqlama verən Parni iz Baku KVN teatrının rəhbəri təbriki qəbul etdi, amma toyu ilə bağlı danışmaq istəmədiyini söylədi:
“Bu toy mediaya yox, mənə aiddir. Jurnalistlər toya buraxılmayacaq. Təbrik etdiyiniz üçün sizə minnətdaram, sevincimə şərik olursunuz, bu, başqa məsələ”.
Qeyd edək ki, 42 yaşlı Tahirin toy mərasimi sabah paytaxt restoranlarının birində baş tutacaq.