Müğənni Röya Ayxan əməkdar artist fəxri adına layiq görüldüyü üçün ölkə başçısı İlham Əliyevə təşəkkürünü bildirib.
Teleqraf.com xəbər verir ki, sənətçi sosial şəbəkədə fəxri ada layiq görüldüyü üçün çox xoşbəxt olduğunu qeyd edib:
"İçimdəki xoşbəxtliyi, sevinci, fəxr hissini hansı sözlərlə ifadə edim bilmirəm. Bircə onu bilirəm ki, hansı pillədə olsam da sizə sevgim tükənməzdir. Məni bu zirvəyə layiq görən ölkə başçımız cənab İlham Əliyevə sonsuz minnətdaram. Qarşınızda baş əyirəm! Əzizlərimə, dostlarıma, komandama və məni təbrik edən hər kəsə hörmət və ehtiramımı bildirirəm. Var olun! Sevimli xalqımızı isə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik edib, bağrıma basıram".
Rəqsanə