“Bəzi insanlar məni narkoman, alfons kimi tanıyırlar”.
Teleqraf.com xəbər verir ki, bu sözləri “Atv maqazin onlarla” verilişində rejissor Aqil M.Quliyev deyib: “Qadınlara qarşı ciddi insanam və məni fırladaraq ərə gəlmək mümkün deyil. Mənimlə görüşməyə başlayıb, haradasa görünmək belə çətindir. Çünki ona imkan vermirəm. O kişilərdən deyiləm ki, qızlar mənimlə görüşməyə başlayıb, sabah fırlatsınlar. Yaxud da özlərinə maşın aldırsınlar. Düzdür, məni sevən qadınların hədiyyəsi olub. Ən böyük hədiyyə isə saat, bahalı parfüm və s. olub. Uyuşdurucuya gəlincə deyim ki, yalandır. Haqqımda deyilən mənfi söz-söhbətlərdən bezmişəm. Kimsə nə isə danışanda fikirləşməlidir”.
Rəqsanə