Xalq artisti Aygün Kazımova həmkarı İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovaya dəstək olub.
Teleqraf.com xəbər verir ki, A.Kazımova "İnstagram"da xalq artisti tərəfindən dəfələrlə böhtana məruz qaldığını yazıb: "Allah hər kəsi İlhamə Quliyevanın şər-böhtanından qorusun. Dəfələrlə məni də şərləməyə cəhd eləyib, amma alınmayıb. Mehriban xanım, darıxmayın, möhkəm olun! Allah böyükdür, haqq öz yolunu tapacaq. İlhamə Quliyevanı tanıyan tanıyır".
İ.Quliyevanın köməkçisi Mehriban Hüseynova Bakı İstintaq Təcridxanasında saxlanılır.
Rəqsanə