26 Fevral 2016 10:42
1 520
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dostlar, məni qınamayın! Özümlə bacarmıram, inanın mənə, artistlik də etmirəm”.

Teleqraf.com xəbər verir ki, bu sözləri “İnstagram”da müğənni Nadir Qafarzadə yazıb: “Bir neçə gün əvvəl İlhamə xanım mənə zəng elədi, mehriban danışdıq. İstanbul səfərimdən sonra evində qonaq edəcəyini söylədi. Amma ölüm buna imkan vermədi. Təəssüf. Deyirlər ki, mən İlhamə xanımdan qorxuram, ona yaltaqlıq edirəm. Niyə? Mən digər dəyərli sənətkarlar kimi İlhamə xanıma hörmət edirdim və edirəm də. Yaxşı ki, zamanında bu insanı tanıdım. O sizin düşündüyünüz qədər zalım və pis insan deyildi. Əslində, çox pozitiv, deyib-gülən gözəl dost idi. Xəyanəti sevmirdi. Allah sənə rəhmət etsin, böyük sənətkar. Orxan, başın sağ olsun!”

İlhamə Quliyeva ötən gün səhər saatlarında dünyasını dəyişib. Bu gün İkinci Fəxri Xiyabanda dəfn ediləcək.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər