29 Fevral 2016 13:37
1 950
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəqqasə Oksana Rəsulova meyxanaçı Namiq Qaraçuxurlu ilə sevgi münasibətindən danışıb.

Teleqraf.com xəbər verir ki, rəqqasə “Atv maqazin onlarla” verilişində meyxanaçı ilə sevgili olmadığını deyib: “2009-cu ildə Moskvadan Bakıya gəlirdim. Namiq də təyyarədə idi. Mən festivaldan, Namiq isə toydan gəlirdi. Sonra mətbuat konfransı keçirdim və oraya Namiq və Aygün Kazımovanı da dəvət etdim. Konfransa Namiq gəldi, Aygün xanım gəlmədi. Sonra şayiə yarandı, Namiq Oksananın mətbuat konfransına gəldi və s. Bizim əlaqəmiz kəsildi. Mən onu nə toyuma, nə də ad günümə çağırdım. Çünki bizim bir yerdə olmağımız böyük bir səs-küy yaradırdı. Buna görə Aygün Kazımova ilə münasibətim pozuldu. Aygün xanım söz-söhbətlərə inandı. Neçə ildir ki, nə Namiqlə, nə Aygünlə danışırdım. Hazırda hər şey yaxşıdır”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər