Gənc aktrisa Pərvin Abıyeva Türkiyədən edilən serial təklifindən imtina edib.
Onun Teleqraf.com-a açıqlamasına görə, buna səbəb aktrisanın uzun müddətli müqavilə bağlamaq istəməməsi olub: “Yazda Türkiyədə iki filmdə çəkilməyə başlayacam. Türkiyədə seriala çəkilmək üçün təklif gəldi, amma imtina etdim. Çünki beş-altı illik müqavilə bağlamağımı istəyirdilər. Mən isə o qədər Mardində yaşaya bilməzdim. Serialda çəkilmək təklifini tanınmış müğənni Berdan Mardini etmişdi”.
Rəqsanə