16 İyun 2014 20:52
1 174
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin tanınmış müğənnisi Əmrahın bu gün toyudur.

Teleqraf.com xəbər verir ki, 44 yaşlı Əmrah 3 ildir birlikdə olduğu Sibel Kirer ilə nikah masasına oturacaq. Məlumatlara görə, müğənni özündən 10 yaş kiçik nişanlısı ilə evlənməzdən öncə əmlakı barədə ona sənəd imzaladıb. Müqaviləyə əsasən Sibelin Əmrahla evli olduğu müddətdə müğənnin aldığı mallarda payı olmayacaq.

Daha bir xəbərə görə, Sibel Kirer 5 aydır hamilədir. Əmrahın ikinci dəfə ata olacağı deyilir.

Qeyd edək ki, sadə toy mərasiminə təkcə bəylə gəlinin ailə üzvləri və yaxın dostları qatılacaq.


Müəllif: