19 Aprel 2016 11:37
859
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni İradə İbrahimova ilə Ceyhun İzərin evliliyinin 7 ili tamam oldu.

Teleqraf.com xəbər verir ki, İradə İbrahimova bu haqda “İnstagram”da təəssüratlarını bölüşüb: “Bu gün həyat yoldaşımla ailə qurmağımızın 7 ili tamam olur. 19 apreldə yaxşı, pis gündə, xəstəlikdə, sağlıqda bərabər olacağımıza söz vermişdik! Həqiqətən həyat hər zaman sevgili olduğunuz günlər kimi keçmir. Evlənəndə içdiyimiz andlar nə qədər vacib imiş. Hər ikimizin ailəsində itkilərimiz, cənazələrimiz, doğumlar, toylar, üzüntülər, xoşbəxtliklər yaşarkən həm sevgimizi böyütdük, həm də özümüz böyüdük! Ana-Ata olduq, çoxaldıq, rəngləndik, daha da zənginləşdik. İnşallah, əl-ələ hüzurla yaşlanarıq”.

Rəqsanə


Müəllif: