30 Aprel 2016 08:33
1 094
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəki şəhərində “Türk dünyasının mədəniyyət paytaxtı – Şəki 2016” ilinin təntənəli açılış mərasimi olub.

Teleqraf.com xəbər verir ki, tədbirdə TÜRKSOY ölkələrinin folklor qrupları, türkdilli ölkələrdən gəlmiş nümayəndə heyətləri, həmçinin Milli Məclisin deputatları, Azərbaycanda fəaliyyət göstərən səfirliklərin təmsilçiləri, görkəmli elm və incəsənət xadimləri, estrada ulduzlarından isə Natavan Həbibi və Elnur Məmmədov iştirak ediblər. “Ana vətən” mahnısıyla tədbirdə çıxış edən Natavan Həbibi sonda bütün iştirakçılari səhnəyə dəvət edib. Tədbir Müslüm Maqamayevin “Azərbaycan” mahnısı ilə yekunlaşıb.

Qeyd edək ki, TÜRKSOY-un təşkilatçılığı ilə keçirilən “Türkvision 2011”festivalında da Azərbaycanı N.Həbibi təmsil etmişdi.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər