9 May 2016 16:29
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Stokholmda keçiriləcək 61-ci "Eurovision -2016" mahnı müsabiqəsinin açılış mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, açılış mərasimində 61 ölkənin təmsilçisi qırmızı xalça üzərindən keçib.
Ölkəmizi təmsil edən Səmra Rəhimli qırmızı xalça üzərindən 23-cü keçib. Təmsilçimiz yaşıl dekolteli libası ilə diqqət mərkəzində olub və jurnalistlərin suallarını cavablandırıb.

Müsabiqənin açılış mərasimini isveçli qalib Mans Zelmerlou və müsabiqənin aparıcısı Petra Mede açıb.
Qeyd edək ki, Səmra Rəhimli ölkəmizi "Miracle" mahnısı ilə təmsil edəcək.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər