Müğənni Ebru Gündeş "Annem için" mahnısını “İnstagram”da paylaşıb.
Teleqraf.com xəbər verir ki, sənətçi "Annem için" mahnısını son konsertlərindən birində ifa edib və Analar Günü münasibəti ilə izləyicilərinə təqdim edib: “Fədakarlığı, güvəni, sevgiyi, səbri ürəkdə birləşdirən analarımız hər gününüz xoşbəxt keçsin”.
Qeyd edək ki, Ebru Gündeşin azərbaycanlı həyat yoldaşı Rza Zərrab ABŞ-da həbsdədir.