Müğənni Miri Yusif “Bomba kimi” adlı yeni mahnısına klip çəkdirib.
Publika.az xəbər verir ki, klip gecə klublarının birində çəkilib. Müğənni klipin rejissorluğunu Fərhad Əliyə həvalə edib. Sənətçinin sözlərinə görə, yaxın günlərdə klipinə təqdimat keçirəcək.