Teleqraf.com xəbər verir ki, lobya tənəffüs yolu xəstəliklərinə, öskürəyə, sidik yollarını təmizləməyə, böyrəkdə olan problemlərə və həzmi asanlaşdırmağa kömək edir. Lobyanın yeni bir faydası ortaya çıxıb. Belə ki, xərçəng hüceyrələri kimi bildirilən xəstəliyin yayılmasına mane olur. Lobyanın tərkibində olan maddələr, həmin hüceyrələrin yayılmasını önləyir.
Lif, vitamin, mineral, dəmir, kalsium və zülal baxımından zəngin olan bitkinin tərkibində xolesterol olmadığından bir çox xəstəliklərə də faydalıdır.
Həmin xəstəliklərə ürək-damar xəstəliyi, ürək döyüntüsü, qaraciyər çatmazlığı, böyrək daşları kimi problemlər aiddir.
Alimlərin araşdırmasına görə, Portuqaliya və İspaniya kimi ölkələrdə paxla istifadəsi döş xərçəngi kimi bildirilən xəstəliklərin riskini 50 faiz azaldıb.