Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, bu barədə ətraf mühit naziri Rafael Paçiano deyib. Delfinlər nəsili kəsilmək təhlükəsində olan vakita dəniz donuzlarını hökumətin yaratdığı sığınacağa toplayacaqlar.
Meksika dəniz donuzlarının ölümünə səbəb olduğu söylənən balıq torlarını həmişəlik qadağan edib. Alimlər təbiətdə 40-dan az vakita dəniz donuzunun qaldığını ehtimal edirlər.
Paçiano delfin layihəsinin sentyabr ayında başlayacağını deyib.
Vakitaların xilas edilməsinə kampaniya aparan Hollivud aktyoru Leonardo DiKaprio tvitterdə torların qadağan edilməsini "əla xəbər" adlandırıb və qərara görə Meksika Prezidenti Enrique Pena Nieto və Vorld Vildlayf Fond təşkilatına minnətdarlığını bildirib.