Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, dövlət başçısı naziri Çeçenistanın ən ali mükafatı olan “Kadırov” ordenini təqdim edib.
Elxan Süleymanovun işinə yüksək qiymət verdiyini deyən Ramzan Kadırov onu hamının tapıntısı hesab etdiyini dilə gətirib: “Elxan Süleymanov qısa zamanda çox yaxşı nəticələrə nail oldu. Son illər Çeçenistanın səhiyyə sistemi yüksək templə inkişaf edir. O tamamilə səhiyyə sferasını yeni səviyyəyə gətirib çıxardı.
Rusiya hökumətində mütəxəssislər onun fəaliyyətini müsbət qiymətləndirirlər. Əminəm ki, yaxın gələcəkdə Elxan Abdullayeviçin rəhbərliyi altında səhiyyənin bir çox problemlərini həll edə biləcəyik.
Əziz qardaşım Elxan Abdullayeviç kadr potensialının inkişafı və həkimlərin peşə hazırlığının inkişaf etdirilməsi istiqamətində çox böyük işlər görüb. Respublikadan böyük şəhərlərə müalicəyə gedən pasiyentlərin sayı azalıb. Əksinə bu gün digər region və ölkələrdən tibbi yardım üçün Çeçenistana gəlirlər”.
Elxan Süleymanov 2014-cü ilin aprelində Kadırovun dəvəti ilə Moskvadan Qroznı şəhərinə köçüb. Ötən ilin aprelin 28-də isə Çeçenistanın səhiyyə naziri təyin edilib.
Elxan Süleymanov Abdulla oğlu 1974-cü ildə Bakıda anadan olub. Əslən Qusar rayonunun Həzrə kəndindəndir O, Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib, Bakı Onkoloji Elmi Mərkəzində işləyib.