19 İyul 2017 08:43
958

ABŞ-ın Nyu-York şəhərində dənizdə boğulan maral son anda itlər tərəfindən xilas edilib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Mark Frili adlı bir şəxsin “Storm” və “Sara” adlı itləri boğulan maralı sahilə çıxararaq onu həyata qaytarıblar.

Hadisə yerinə gələn həkimlər maralın sağlam şəkildə təbiətə qayıtması üçün lazım olan tədbirləri görüblər.


Müəllif: Teleqraf.com