20 Avqust 2017 16:23
1 157
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Adana şəhərində İŞİD terror təşkilatının üzvü rusiyalı Renat Bakiyevin həbs olunmazdan 1 gün əvvəl anası ilə görüşdüyü üzə çıxıb.

Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, Renat Bakiyevin anası ilə görüşü otelin təhlükəsizlik kamerasına düşüb və aralarındakı dialoq istintaq materiallarına daxil edilib. Anası Bakiyevə Rusiyadan Türkiyəyə oğlunun terror qruplaşmasından uzaq durması təklifi ilə gəldiyini bildirsə də, terrorçu bu təklifi rədd edib. İŞİD üzvü anasının da şəriətə uyğun geyinmədiyi üçün öldürüləcəyini söyləyib: “Qapalı geyinmirsən, sən də kafirsən. Səni də öldürmək lazımdır”.

Anası bu sözlərin qarşılığında oğlundan imtina ediyini və Rusiyaya geri qayıdacağını söyləyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər