Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Mtsxeta-Mtianeti regionundakı adsız yüksəkliyə dırmanıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, prezident 3170 metr yüksəkliyə malik olan zirvəyə “Gürcüstan konstitusiyası” adını verib.
Səfər zamanı Marqvelaşvilini prezident administrasiyasının üzvləri müşaiyət edib.