24 Sentyabr 2017 08:35
1 529
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzun müddət artıq çəki ilə mübarizə aparmış Casquelina Adan adlı qadın 158 kiloqrama qədər arıqlaya bilib.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, o, sallanan dərisinə ayıb edənlərin tənqidini vecinə almayıb, çimərlik geyimində dənizə girib.

Casquelina Adan bildirib ki, başına gələnlər yeməyə sevgisindən törəyib: “Nəhayət, özümdə güc toplayıb arıqlamağa qərar verdim və 158 kiloqramla vidalaşdım. Bu dəfə də başqa bir poblemlə qarşılaşdım. Sallanan dərimdən qurtulmaq lazım oldu. Bunun üçün əməliyyata qərar verdim. Əvvəlcə qarın və qol nahiyəmdəki dəri sallanmasını aradan qaldırmaq üçün əməliyyata girdim”.

Qadın qeyd edib ki, çimərlik geyimində bud və baldırlarındakı dəri sallanmasından utanmayıb: “Bütün iradları, tənqidləri göz önünə alaraq, çimərlik geyimini əynimə taxdım".

Casquelina Adan artıq çəkidən xilas olmaq istəyən qadınları həvəsləndirmək məqsədi ilə bloq da hazırlayıb.

Cəmilə


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər